Translate

Mütləq Oxuyun

Vəd Edilmiş Torpaqlar


Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən (bəşər övladından) heç birinə vermədiyini sizə verdi.Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz.Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.(Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”(İsrail oğulları) dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.(Musa) dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!”(Allah Musaya) buyurdu: “Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar (və azğın) camaatın halına acıma!”
(Quran,Maidə 5/20-26)

Xalq arasında sevincli bir ab-hava hökm sürürdü! Nəhayət, 40 il səhrada dolaşan israillilər Yehovanın əcdadları İbrahimə vəd etdiyi diyara daxil olmağa hazırdırlar. Bu «geniş, nemətli bir diyar», «süd və bal axan» torpaq Kənan diyarı idi. Bu diyarda onlar «heç nəyə möhtac olmayacaq»dılar (Çıx. 3:8; Qanun. t. 8:7—9).

Çox güman ki, İsraillilər sevinclə yanaşı, qorxu və həyəcan keçirirdilər. Nə üçün? Çünki 40 il əvvəl Musanın rəhbərliyi altında olan əvvəlki nəsil Vəd edilmiş diyarın hüdudlarına yaxınlaşanda xalq oraya daxil olmaqdan imtina etmişdi. Onların kəşfiyyatçıları xəbər gətirmişdilər ki, «orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür» və orada gördükləri hər kəs uca boyludur, hətta onların yanında özlərini çəyirtkə boyda hiss etdiklərini demişdilər. Gözlərini qorxu bürümüş bu kəşfiyyatçıların fikrincə, Misir əsarətinə qayıtsalar «daha yaxşı» olar, onlar az qalmışdılar iki sadiq kəşfiyyatçını, Yeşua ilə Kalevi daş-qalaq etsinlər! (Say. 13:28, 31—33; 14:3, 4, 10).

Yuxarıdakı ayələrdə Tanrının İsrailoğullarına vəd etdiyi torpaqlardan danışılıb. Aşağıdakı ayə isə onların bu torpaqlardan yenidən çıxarılması yazılıb:
Biz, Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”(– deyə) xəbər verdik.İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Yerusəlimdəki) məscidə girdikləri kimi (yenə də) ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).(Quran,İsra 17/4-7)

Allahın İsrailoğullarına verdiyi vəd edilmiş torpaqlarda azğınlıq törətdiyi üçün onlar oradan çıxarıldı. Ancaq ayədə onların bir daha güc əldə edə biləcəyi yazılıb. Bunu biz 1948ci ildə qurulan İsrail dövlətini misal göstərə blərik. Sizcə İsrail yenidən vəd edilmiş torpaqlar axtarışında deyilmi?-Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq.Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq.(Tövrat,Qanun.t. 11:24)

"Ərəb Baharı" bu "Böyük Plan"ın parçaları deyilmi?

Qərarı özünüz verin...