Saxta təkamül
1912-ci ildə məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Charles Dawson İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığını iddia etdi. Bu sümüklər əsasında meymunabənzər bir xəyali varlığın heykəlini (büstünü) guya insanın “əcdadı”nın restavrasiya edilmiş həqiqi görünüşü kimi qələmə vermişdir. Amma 1953-cü ildə bu “restavrasiya”nın müasir insanın kəlləsinə oranqutan çənəsini montaj etməklə həyata keçirildiyi ifşa olunmuşdur, yəni saxtakarlığa əl atıldığı üzə çıxmışdır, saxta fosil düzəldilmişdir. Belə ki, kəllə sümüyü 500 yaşında bir insana, çənə sümüyü də yeni ölmüş oranqutana aid olduğu, çənə sümüyündəki dişlərin isə süni olaraq köhnəldildiyi üzə çıxdı. Təkamülçülər tərəfindən bu saxtakarlıq 40 il ərzində elmi nailiyyət kimi qələmə verilmişdir. Darvinistlərin himayəsi ilə “Piltdaun adamı” uydurmasına görə 500 nəfər elmi iş müdafiə etmişdir.