Mossad
İsrail Gizli Kəşfiyyat Təşkilatı MOSSAD Amerika Mərkəzi Kəşfiyyat İdarəsi təşkilatından sonra dünyadakı ən güclü casusluq təşkilatı olaraq tanınır. İşin gerçəyi Mərkəzi Kəşfiyyat İdarəsi də sionistlərin nəzarəti altındadır.MOSSAD müəyyən vaxtlarda Mərkəzi Kəşfiyyat İdarəsi casusları ilə bir yerdə fəaliyyət göstərir, lakin bəzi vaxtlar da mübarizə aparır. Dünyanın ən güclü casusluq xidmətlərindən biri olan MOSSAD-ın dünyanın hər tərəfinə yayılan və sayları minə çatan şpionları gəmi qaçırdır, adam öldürür, ictimai rəy formalaşdırır, xəbər toplayır, məktubları oxuyur, telefona qulaq asır və terror işlərinə müdaxilə edirlər. İngiltərədə nəşr olunan "Moninq Star” ("Səhər Ulduzu”) qəzetinə görə MOSSAD səlahiyyətliləri Nablus şəhəri yaxınlığındakı "əl-Faria” uşaq həbsxanasında yaşları 7-20 arasındakı uşaqlara dövrümüzlə uyğunlaşmayan işgəncələr verirlər. MOSSAD və Şin-bet (Şabak) adlı iki gizli yəhudi təşkilatı Təl-Əvivdəki bir hərbi qərargahda idi. Lakin MOSSAD çoxdandır ki, bu qərargahın qarşısındakı bir prospektdə yerləşən və çox məqsədli olaraq istifadə edilən bir ticarət mərkəzinə əlavə olaraq tikilən binada fəaliyyət göstərməkdədir.