Translate

Mütləq Oxuyun

Dəccal 1'ci Hissə



Dəccal. I hissəYəhudilikdə və yəhudi təlimlərində Dəccal sözünün mənası "Allahın düşməni" deməkdir. Bu iki sözdən ("Dəcc" yəni düşmən, anti, zidd və "Al" Tanrı, Allah) təşkil olunur.Yəhudi dilində "Al və İl" sözləri Tanrı, Allah mənasındadır. İsrail sözü də, həzrət Yəqubun (ə) ləqəblərindəndir və "İsra” və “İl" sözlərindən təşkil olunur, "Allahın mücahidi" mənasındadır. Lakin təhrif olunmuş Tövratın təlimlərinə əsasən, İsrail sözünün mənası "Allaha qalib gələn" mənasında işlədilir ki, bu da təhrif olunmuş Tövratda Yəqub peyğəmbərin Allahla güləşməsinə işarədir (“E'lame Quran”, s. 479).Məsihiliyin təlimlərinə əsasən, Dəccal sözü "Məsih əleyhdarı" (antichrist) mənasındadır. Onların nəzərinə əsasən, axirüz-zamanda İsanın (ə) təlimlərilə düşmənçilik edən şəxs Dəccaldır.Dəccal sözünün ərəb dilində olduğunu qəbul etsək, sözün kökü "dəcələ" felindən alınaraq "çox yalan danışan və hiyləgər" mənasında olacaq. Həmçinin Dəccal sözü "Tədcil" məsdərindən götürüldükdə "qızılla örtmək", "qızıl geyinmək" mənalarını verir. Məhz buna görədir ki, qızıl suyu ilə işləyənlər adi dəmir metallara qızıl suyu vurmaqla bir növ hoqqabazlıq etmiş olurlar. Həmçinin çox yalan danışanlar batili haqq göstərərək çirkinliklərə aldadıcı və zahiri gözəllik donu geyindirlər ki, belə insanlara da, dəccal demək olar. Azyaşlı uşaq dinc durmadıqda, el arasında ona dəcəl uşaq deyərlər. Ola bilsin bu dəcəl sözü də, elə dəccal sözünün təhrif olunmuş formasıdır